AĞLIN GÜCÜ QƏLƏBƏDİR- FOTO

Sərxan Ağalarov- İdman həyatın ayrılmaz hissəsidir.

“Böyüməkdə olan nəslin və yeniyetmələrin asudə vaxtlarının necə keçirilməsi” adlı lahiyəmizlə bu gün Sumqayıt şəhəri “Spartak” idman və sağlamlıq mərkəzində fəaliyyət göstərən “Qara bəbir” cüdo idman klubunun qonağı oldum. Klubun təsisçisi və direktoru Sərxan Ağalarovu tanıyaq:
Sərxan Səhyəddin oğlu Ağalarov 24 iyun 1988-ci il Sumqayıt şəhərində anadan olmuşdur. 1995-ci ildə Sumqayıt şəhər 35 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olur və 2000-ci ildə təhsilini 39 saylı tam orta məktəbdə davam etdirir. 2000-ci ildə Emin Beydullayevin rəhbərliyi altında cüdo idman növü ilə məşğul olmağa başlayır. 2002-ci ildən başlayaraq Cüdo, Sambo, Uşu-Sanda, MMA döyüş növləri üzrə peşəkar idmanla məşğul olur. 2004-2007-ci illərdə Sumqayıt Dövlət Texniki Kollecinin “Dövlət yol polisində inzibati hüquq fəaliyyəti” ixtisasında təhsil alır. 2007-2009-cu illərdə Gəncə şəhəri N saylı hərbi hissədə çavuş vəzifəsində xidmət edir. 26 iyun 2008-ci il Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi yubileyində iştirak edərək, yubiley medalı ilə təltif olunur. 2009-2014-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyasının “Bədən tərbiyəsi və idman” ixtisası üzrə təhsil almışdır.
İdman fəaliyyəti dövründə “Fərid” İdman Klubu, “UGİM”, “Qəbələ”, “DİNAMO” klublarının üzvü olmuşdur. Ilk əmək fəaliyyətini 2004-2005-ci illərdə “AZAN” Mühafizə İdarəsində Mühafizəçi vəzifəsində çalışmışmaqla başlamışdır. Bir sıra nüfuzlu şirkətlərində mühafizə, baş direktorun köməkçisi vəzifəsində və bir çox idman klubların məşqiçi müəllim vəzifəsində çalışmışdır. 2012-ci il Azərbaycan Respublikası “Kontakt Karate” Federasiyasının 18 oktyabr Dövlət Müstəqilliyi gününə həsr edilmiş turnirdə idmançılara göstərilən diqqət və qayğıya görə, 2013-cü il Gürcüstan Respublikasında keçirilən “Dünya Full Boxing”qarışıq döyüş növü üzrə keçirilən turnirdə təşkilatçılığına görə, Azərbaycan Qarışıq Döyüş Növləri Mərkəzində Qarışıq Döyüş Növləri üzrə Hakimlik Semiranı bitirdiyinə görə bir sıra təltiflərlə təltif olunmuşdur.

Sərxan Ağalarovun idman uğurları:

Azərbaycan və digər xarici dövlətlərdə yeniyetmələr arasında keçirilən turnirlərdə iştirak edərək I-III yerlərin, dəfələrlə Sumqayıt şəhər yeniyetmələr arasında Cüdo güləşi üzrə keçirilən turnirlərdə iştirak edərək I, II, III yerlərin mükafatçısı olur.
2003-cü ildə- Cüdo üzrə keçirilən açıq birincliyində I yer; Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş turnirdə I yer; “Novruz” bayramına həsr olunmuş Sambo güləşi üzrə şəhər turnirində II yer; Sambo güləşi üzrə yeniyetmələrin açıq birinciliyində I yer; Milli Qurtuluş Gününə həsr olunmuş Cüdo güləşi üzrə turnirdə I yer; Milli Dirçəliş Gününə həsr olunmuş Cüdo güləşi üzrə yarışda II yer; Cüdo güləşi üzrə 1988-1989-cu il təvəllüdlər arasında açıq birinciliyində I yer.
2004-cü ildə- Sumqayıt şəhəri yeniyetmələrin IV oyunlarının proqramına daxil olan Sambo güləşi üzrə turnirdə II yer; Cüdo üzrə yeniyetmələr arasında keçirilən açıq birinciliyində I yer; Cüdo güləşi üzrə “Fərid” idman klubunun keçirdiyi birincilikdə I yer; “Fərid” idman klubunun keçirdiyi yeniyetmələr arasında keçirilən birincilikdə III yer.
2007-ci ildə- “Zirvə” idman klubunun təşkil etdiyi UŞU-SANDA üzrə açıq birincilikdə III yer.
2008-ci ildə- Silahlı Qüvvələrin Sambo yarışı üzrə keçirdiyi Respublika birinciliyində I yer.
2012-ci ildə- MMA üzrə Azərbaycan çempionatı III yer; Ukrayna Respublikasında keçirilən əlbəyaxa döyüş üzrə Dünya Kubokunda III yer; MMA üzrə Azərbaycan Kuboku I yer.
2013-cü ildə- MMA üzrə Sumqayıt çempionatının qalibi.
2014-cü ildə- İtalya Respublikasının Carrara şəhərində keçirilən Dünya Çempionatında Sanda döyüş növü üzrə II yer; İtalya Respublikasının Carrara şəhərində keçirilən Dünya Çempionatında MMA döyüş növü üzrə II yer.
2016-cı ildə- Ali, orta ixtisas və texniki-peşə məktəbləri arasında keçirilən Poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyində komanda üzrə - I yer.

Dəfələrlə dünya kubokunun mükafatçısı, beynəlxalq turnirlərin iştirakçısı, saysız hesabsız yarışların qalibi Sərxan Ağalarov maraqlı müsahibim oldu:

- Yeganə xanım bu gün “Qara bəbir” cüdo idman klubunda qonaq olduğunuz üçün idmançı şagirdlərim və öz adımdan sizə dərin təşəkkürümü bildirirəm. Idman həyatımın ayrılmaz hissəsidir. Mən özümü bu sahədə tapmışam. 2 ildi məşqiçi müəllim kimi fəaliyyət göstərirəm. Yetişdirdiyim idmançı şagirdlərim dəfələrlə Sumqayıt şəhər birinciliyinin qalibi, Respublika və beynəlxalq yarışların iştirakçısı olub. Rəhbəri olduğum klubun potensiallı idmançı şagirdləri var. Onlardan Nurlan Şirinov, Elton Quliyev, Vaqif Şirinovu və bir sıra şagirdləri misal gətirə bilərəm. Mən əminəm və inanıram ki, “Qara bəbir” cüdo idman klubunda Olimpia, Avropa çempionları yetişir.

Sərxan müəllim klubunuz maraqlı bir adı var “Qara bəbir” bu adın bizə izahın edə bilərsizmi?

- Qara bəbir nəsli az olan bir heyvan növüdür, onun özünəməxsus xarekteri var. Mən bu heyvan haqqında çox oxudum, belə qərara gəldim ki, nə vaxtsa bu adda bir idman klubu açacam, nadir və güclü heyvan olduğu üçün bu adı daşıyan klubun idmançılarıda güçlü idmançılar olacaq. Şükürlər olsun Allahın izniylə real fikirləşdiyim və xəyallarda qurduğum arzum həyata keçdi. Hal-hazırda klubumuzun 60- a yaxın idmançı şagirdi var. Klubumuzun şüarı budur: “Ağlın gücü qələbədir”.

Böyüməkdə olan idmançılara baxışınızı bilmək istərdim.

– Böyüməkdə olan nəslin hər birinə vətəninimizə, xalqımıza, cəmiyyətimizə layiqli vətəndaş olmağını arzulayıram. İdmançı şagirdlərdən bütün xarici dövlətlərdə, eləcədə öz ölkəmizdə keçirilən mötəbər yarışlarda Azərbaycan bayrağını uca tutmağı gözləyirəm. İdmana sevgi və idman diqqət gözləyirəm. Onların hər birinə Azərbaycanın keşiyində mərd, dürüst duracaq bir əsgər yetişməyini diləyirəm.
Xatırladaq ki, SərxanAğalarov “Spartak” idman və sağlamlıq mərkəzində cüdo məşqiçisi olmaqla bərabər həm də crossfit və fitness məşqıçısıdır.
Bəli çempionları məşqiçi məllimlər yetişdirir, məhz bu müəllimlərin sayəsində dünya arenalarında üç rəngli qürurverici bayrağımız dalğalanır və milli himnimiz səslənir. Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq Sərxan müəllim sizə hər zaman şagirdlərinizlə fəxr etməyi arzulayırıq.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

AĞLIN GÜCÜ QƏLƏBƏDİR- FOTO
AĞLIN GÜCÜ QƏLƏBƏDİR- FOTO
AĞLIN GÜCÜ QƏLƏBƏDİR- FOTO
AĞLIN GÜCÜ QƏLƏBƏDİR- FOTO
AĞLIN GÜCÜ QƏLƏBƏDİR- FOTO
AĞLIN GÜCÜ QƏLƏBƏDİR- FOTO
AĞLIN GÜCÜ QƏLƏBƏDİR- FOTO
AĞLIN GÜCÜ QƏLƏBƏDİR- FOTO
AĞLIN GÜCÜ QƏLƏBƏDİR- FOTO
AĞLIN GÜCÜ QƏLƏBƏDİR- FOTO