5 YAŞLI ÇEMPİON

Yusif İsmayılov “Zirvə” idman klubunun açıq birinciliyinin qalibi oldu.

Yusif Ramiz oğlu İsmayılov 2 aprel 2014-cü ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. 2019-cı ildə balaça Yusif “SURİ” karate klubunun prezidenti, Milli Karate Federasiyasının Sumqayıt şəhəri SKF beynəlxalq şotokan bölməsinin rəhbəri Mehman Əlirzayevin rəhbərliyi altında karate məşqlərinə başlayır tez bir zamanda uğurlara imza atır. 5 yaşlı Yusif artıq çempion olmağa iddialıdır. O, 19.11.2019-cı ildə ağ kəmər sertifikatına layiq görülmüşdür, amma digər kəmərlərə də sahib olmağa doğru gedir.
2019-cı il noyabr ayında- Milli Qəhrəman Kərim Kərimov adına Karate-Do idman klubunun açıq birinciliyində 9 noyabr “Bayraq günü”nə həsr olunmuş yarışda I I yer.
2019-cı il dekabr ayında- 9 noyabr “Bayraq günü”nə həsr olunmuş yarışda I yer.
2019-cı il dekabr ayında Dünya Azərbaycanlıların Həmrəyliyi gününə həsr olunmuş çempionatda I yer. 2020-ci il fevral ayının 1-də “Zirvə” idman klubunun Gənclər gününə həsr olunmuş turnirdə I yer.
6 ayda 3 qızıl və 1 gümüş medala layiq görülən 5 yaşlı çempionumuz Yusif İsmayılovu və onun məşqiçi müəllimi Mehman Əlirzyevi “İctimaixeber.com” informasiya portalı olaraq təbrik edirik, ona bol-bol qalibiyyətlər arzulayırıq.

Yeganə Telmanqızı
“İctimaixeber.com”

5  YAŞLI  ÇEMPİON
5  YAŞLI  ÇEMPİON
5  YAŞLI  ÇEMPİON
5  YAŞLI  ÇEMPİON
5  YAŞLI  ÇEMPİON