Sumqayıt şəhər birinciliyi keçirildi.

Cüdo Azərbaycanda sürətlə inkişaf edən bir idman növüdür.

İctimaixeber.com xəbər verir ki, 1-2 fevral 2020-ci il tarixlərində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatlığı ilə Sumqayıt şəhəri Paralimpiya idman kompleksində “Gənclər günü”nə həsr olunmuş Sumqayıt şəhər birinciliyi keçirildi. 2 fevral yarışın açılış mərasimi Azərbaycan Dövlət himninin səslənməsi ilə açıq elan olundu. Yarışın fəxri qonaqları Yarışın fəxrli qonaqları 2 qat Olimpia çempionu, Şöhrət ordenli, Azərbaycan Respublikasının Əmakdar məşqıçısı, Azərbaycan Respublikasının Əmakdar müəllimi Əhməddin Rəcəbli, Sumqayıt şəhər Gənclər və İdman idarəsinin aparıçı mütəxəsisi Rüfət Mahmudzadə və Mayıl Hümbətov idilər.

Yarışın baş hakimi İlqar Niftəliyev İctimaixəbər.com sayıtının xüsusi müxbirinə verdiyi müsahibəsində yarışla bağlı öz fikirlərini bildirdi:

-Yeganə xanım ilk növbədə sizə təşəkkür edirəm. Hər zaman cüdo yarışlarımızda bizə media dəstəyi olursunuz. Belə yarışların keçirilməsi böyüməkdə olan idmançılara stimul verir və hətda deyərdim ki, onların hər birini gələcəyin çempionu olmağa ruhlandırır. Yarışın bütün təşkilatçılarına öz dərin təşəkkürümü bildirirəm. Yarışın keçirilməsinin əsas məqsədi Azərbaycan birinciliyinə Sumqayıt şəhər yığma komandasının tərkibini təyin etməkdir. Sağ olsun Gənclər və İdman Baş İdarəsinin rəhbərli Elgün Hümbətov Sumqayıt idmanına xüsusi diqqət ayırır. İnanırıq ki, qazandığımız medallar davamı olacaq. Arzum budur ki, yetişdirdiyimiz idmançılar dünya arenalarında Respublikamızı yüksək səviyyədə təmsil edərək Vətənə qızıl medallarala dönsünlər və daima himnimizi oxudurub, bayrağımızı dalğalandırsınlar.
Turnirin birinçi günündə 2006-2008-ci illər təvəllüdlü oğlanlar və qızlar arasında keçirilən birincilikdə kiçik yeniyetmələr arasında 2 yaş qrupu, 10 çəki dərəcəsində (oğlanlar), 8 çəki dərəcəsində (qızlar), ümumilikdə 300 idmançı qatılmışdır. Yarışı 12 hakim idarə edirdi, baş hakimlər Prezidentin fəxri diplomu”na layiq görülən, Sumqayıt şəhər cüdo üzrə baş məşqiçi Yengibar Əliyev və İlqar Niftəliyev idilər. Sumqayıt şəhər oğlanlar və qızlar arasında keçirilən gənclər birinciliyində 1 yaş qrupunda, 7 oğlanlar arsında, 3 qızlar arasında 8 idman klubunun 100 idmançısı iştirak etdilər.

Sonda yarışda I-II-III yerləri tutan idmançılar Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və medalla təltif olundular. 1-ci yer sahibləri Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xüsusi hədiyyələr ilə mükafatlandırıldı.
Bizdə “İctimaixeber.com” informasiya portalı olaraq Sumqayıt şəhər biriciliyinin qalıb idmançılarının hər birini təbrik edirik və onlara bol-bol ugurlar, qalibiyyət arzu edirik!

Yeganə Telmanqızı
“İctimaixeber.com”

Sumqayıt şəhər birinciliyi keçirildi.
Sumqayıt şəhər birinciliyi keçirildi.

Sumqayıt şəhər birinciliyi keçirildi.
Sumqayıt şəhər birinciliyi keçirildi.