Futbol matçında kütləvi dava: 4 nəfər yaralanıb

 Futbol matçında kütləvi dava: 4 nəfər yaralanıb

2 azarkeş saxlanılıb

Türkiyədə "Diyarbakırspor" və "Yeni Muş" komandaları arasında həvəskar liqa matçında kütləvi dava düşüb.
Ictimaixeber.com xəbər verir ki, futbolçular arasında insident ilk hissə başa çatdıqdan sonra baş verib. Yalnız polislərin müdaxiləsindən sonra oyunçuları sakitləşdirmək mümkün olub.

Daha sonra hadisəyə azarkeşlər qarışıblar. Fanatların tribunadan meydançaya atdığı oturacaqlar hüquq-mühafizə orqanlarının bəzi əməkdaşlarına dəyib. Nəticədə 4 nəfər yaralanıb, 2 tərəfdar isə saxlanılıb.

Hadisənin səbəbi hələlik bəlli deyil.