"Sabah" “Bahar kuboku”nun qalibi oldu! FOTOLAR

“Qarabağ” Futbol Klubunun təşkilatçılığı ilə 11 yaşadək futbolçular arasında “Bahar Kuboku” turniri keçirilib.

Newsport.az saytının məlumatına görə, 8 komanda 2 qrupda mübarizə aparıb. Turnirdə “Sabah”, “Zirə”, “Vətən”, “Qarabağ”, “Qarabağ-2”, “Səbail”, “Sumqayıt” və “Neftçi” komandaları iştirak ediblər.

Turnirin qalibi Elvin Həsənovun rəhbərlik etdiyi “Sabah” klubu olub. İkinci yeri “Vətən”, üçüncü pilləni isə “Zirə” komandası tutub.
"Sabah" “Bahar kuboku”nun qalibi oldu! FOTOLAR
"Sabah" “Bahar kuboku”nun qalibi oldu! FOTOLAR