Rekordlar kralı Messi

Rekordlar kralı Messi"Barselona"nın ötən gün La Liqa çərçivəsində "Espanyol"u 2:0 hesabı ilə yendiyi oyunda qollara Lionel Messi imza atıb.

Ictimaixeber.com xəbər verir ki, argentinalı ulduz bununla cari mövsümdə bütün turnirlərdə vurduğu qolların sayını 41-ə çatdırıb. 31 yaşlı futbolçu bununla ardıcıl 10-cu mövsümdə 40 qol həddini keçib.

Messi həmçinin 334-cü qələbəsni qazanaraq "Real"ın keçmiş qapıçısı İker Kasilyasın rekorduna şərik olub.

Qeyd edək ki, Messi cari mövsümdə La Liqada 31, Çempionlar Liqasında 8, "Kral Kuboku"nda 2 qol vurub. O, həmçinin 12 qolun ötürməsini verib və buna görə də liderdi.