Usayn Bolt özünə klub tapdı

Usayn Bolt özünə klub tapdıƏfsanəvi atlet Usayn Boltun yeni klubu müəyyənləşib.

Ictimaixeber.com xəbər verir ki, karyerasını bitirdikdən sonra futbola başlayan dünya rekordçusu Fransada çıxış edəcək. Belə ki, sabiq yamaykalı atlet II liqa təmsilçisi "Paris”lə anlaşıb. Tərəflər 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 8 dəfə Olimpiya, 11 dəfə dünya çempionu olan Bolt ötən ildən atletikanı futbola dəyişib. O, bu müddətdə bir neçə klubun düşərgəsində olub.