Ronaldonu 12 milyon avroya transfer etmədik - Şok etiraf

Ronaldonu 12 milyon avroya transfer etmədik - Şok etirafİspaniyanın "Deportivo" klubunun sabiq prezidenti Auqusto Sezar Lendoiro Kriştiano Ronaldo ilə bağlı etiraf edib.

Ictimaixeber.com xəbər verir ki, sabiq klub rəhbəri portuqaliyalı ulduzu 18 yaşında "Sportinq"dən almaq istəyiblər: "Ronaldonunun oyunlarının videolarını 18 yaşında izlədik və transferi üçün "Sportinq"lə danışdıq. Portuqaliya klubu həmin vaxt 12 milyon avro tələb etdi. Amma bizim bu məbləği ödəmək şansımız yox idi. Bu səbəbdən transfer baş tutmadı".

Qeyd edək ki, "Sportinq" Ronaldonu 2003-cü ildə 19 milyon avroya "Mançester Yunayted"ə satıb. Portuqaliyalı ulduz 2009-cu ildə 94 milyon avroya "Real"a transfer olunub. Ötən yay isə "Yuventus" onu 117 milyon avroya transfer edib.