Neymardan "Barselona" etirafı

Neymardan "Barselona" etirafıPSJ-nin futbolçusu Neymar "Barselona" üçün darıxıb.

Ictimaixeber.com xəbər verir ki, braziliyalı ulduz bunu özü etiraf edib.

Neymar "Otro"ya müsahibəsində "Biz 2015-ci ildə əla mövsüm keçirdik. Həm ölkə daxilində, həm də ölkə xaricində yaxşı oynadıq. Bizim aramızda xüsusi münasibət var. Mən o vaxtlar üçün darıxıram" deyib.

Qeyd edək ki, Neymar 2013-cü ildə "Barselona"ya transfer olunub. Braziliyalı futbolçu 2017-ci ilin yayında 222 milyon avro qarşılığında PSJ-yə keçib.