Aftandil Hacıyev: "Onu əvəzedici heyətə göndərmişik"

Aftandil Hacıyev: "Onu əvəzedici heyətə göndərmişik""Sabah” qələbəyə layiq idi. Futbolçularım lazım olan mübarizəni aparmadılar. Bizi vaxtından əvvəl Avropa Liqasına göndərənlər var. Məsuliyyətli olmalıyıq. Ümid edirəm ki, bu məğlubiyyətin xeyri dəyər. Bu oyun bizim üçün dərs oldu. Daha məsuliyyətli olmağa çalışacağıq”.

Ictimaixeber.com xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının XXIII turunda səfərdə "Sabah"a 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Baş məşqçi Ruslan Qurbanovla Maudo Jarjuenin meydana çıxmamasının səbəblərini açıqlayıb: "Ruslan Qurbanov özünü piss hiss edirdi. Jarjue isə məşqdə nizam-intizamı pozduğuna görə əvəzedici heyətə göndərilib. Ancaq bu gün peşman olduğunu dedi. Onun məsələsinə sabah baxacağıq".

Hacıyev Maykl Essyenlə bağlı danışıb: "Uzun müddət oyunsuz olub. İkinci həftədi bizimlədi. Daha yaxşı görsənməyə başlayır. Get-gedə start heyətdə görünəcək. Ancaq hələ qərar verə bilmərəm ki, bu, hansı oyunda olacaq. Bu gün 30 dəqiqə oynamağa hazır idi, belə qərar veridk. Oyunu onun üzərində qurmağı düşünmürük. Ancaq təcrübəsindən yararlanmağa çalışacağıq. Maykl bizə lazımlı futbolçudu, çox köməyi dəyəcək".