Region Liqasında hakim qalmaqalı: "Belə hakimlik görməmişəm"

Region Liqasında hakim qalmaqalı: "Belə hakimlik görməmişəm"Region Liqasında çxış edən "Energetik" klubu hakim idarəçiliyindən narazıdı.

Bu barədə Ictimaixeber.com-a Mingəçevir klubunun üzvü Habil Məmmədli məlumat verib.

"Energetik" turnirin II pley-off mərhələsində "Uğur"la qarşılaşıb. "Energetik" Mingəçevirdə keçirilən ilk oyunda 3:1 hesablı qələbə qazanıb. Sumqayıtdakı "Kapital Bank Arena"nın köməkçi meydanında baş tutan cavab qarşılaşmasında isə "Uğur" 2:0 hesablı qələbə qazanaraq mərhələ adlayıb.

Habil Məmmədli bildirib ki, matçın baş hakimi Xəlil Xəlilov rəqibin qələbəsinə çalışıb: "Bizdə olan məlumata görə, oyuna Kamal Umudlu təyinat almalı idi. Amma son anda Xəlil Xəlilovu təyin etdilər. Bu oyunun əhəmiyyətini hamı bilirdi. "Uğur" mərhələ adlamaq üçün 2:0 hesablı qələbə qazanmalı idi. 13 ildi futbol oynayıram, Xəlil Xəlilov adlı hakimin olmağın eşitməmişdim. Onun rəqibə qarşı açıq-aşkar simpatiyası var idi. Ya tapşırıqla gəlmişdi, ya da başqa səbəblər var idi. Biz pulsuz komandayıq deyə haqqımız yeyilməlidi? 15 yaşlı uşağı bu oyuna hakim təyin etsəydilər, o penaltini verməzdi. İkinci qola etiraz etmirik. Təmiz qol vurulmuşdu. Amma olmayan penaltini təyin etməklə oyunun taleyini həll etdi. Hesab 1:0 olanda bizim qapıçımıza haqlı olaraq sarı vərəqə göstərdi. Amma 2:0-dan sonra rəqibin qapıçısı vaxtı yubatsa da, ona sarı vərəqə göstərmədi.

Hər şey bir yana, bizim Mingəçevirdən gələn 100-dən çox azarkeşimizin əziyyətinə heyfimiz gəlir. Onlar mövsüm boyu bizə dəstək olublar. Daim bizə dəstək verən mingəçevirli iş adamları var. Klubumuzun prezidenti Ruslan Həmidov çox əziyyət çəkib. Onlar ciblərinin pulu ilə komandanı oyunlardan bir gün əvvəl otelə yerləşdirirdilər. Onların əziyyətinə heyifdi".