May bayramı günlərində rusiyalı turistlərin MDB ölkələrinə səyahətləri reytinqində Bakı liderdir

May bayramı günlərində rusiyalı turistlərin MDB ölkələrinə səyahətləri reytinqində Bakı liderdirMay bayramı günlərində rusiyalı turistlərin MDB ölkələrinə səyahətləri reytinqində Bakı liderdir.

AZƏRTAC “TurStat” analitik agentliyinə istinadla xəbər verir ki, may bayramı günlərində rusiyalı turistlərin MDB və yaxın xaric ölkələrinə səyahətləri reytinqində Azərbaycana, Belarusa və Qazaxıstana turist səfərləri liderlər sırasındadır.

Azərbaycanın paytaxtı Bakı bu siyahıda birinci yerdədir. MDB ölkələrindən olan turistlər şopinq və alqı-satqı məqsədilə turist səfərləri üçün də Bakını seçirlər.

Siyahıda ikinci yeri Minsk, üçüncü yeri Nur-Sultan şəhəri tutur.

“TurStat” agentliyinin məlumatına görə turistlər may ayında 3-5 günlüyə MDB şəhərlərinə gəlir və səfərin hər günündə qidalanma və yaşayış xərcləri kimi 60-120 dollar sərf edirlər.