Azərbaycan nümayəndə heyəti XII Astana iqtisadi forumunda iştirak edəcək

Azərbaycan nümayəndə heyəti XII Astana iqtisadi forumunda iştirak edəcəkMayın 16-17-də Qazaxıstanın paytaxtı Nur-Sultanda XII Astana iqtisadi forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, "Ruhlandıran artım: insanlar, şəhərlər, iqtisadiyyat" mövzusunda keçiriləcək forumda iştirakçılar davamlı inkişafın yeni yollarını, insan kapitalının inkişafını və şəhərlərin beynəlxalq bilik və innovasiya mərkəzləri potensialının gücləndirilməsini müzakirə edəcəklər.

Forumda Azərbaycan nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.

Beynəlxalq Əmək Təşkilatının 100 illiyi münasibətilə konfransın da keçiriləcəyi forumun 50-dək sessiyasında 100-ə yaxın spiker, 5000-ə yaxın nümayəndə iştirak edəcək.