Bu il qlobal neft tələbatı gündəlik 100,4 milyon barrelə çatacaq

Bu il qlobal neft tələbatı gündəlik 100,4 milyon barrelə çatacaqCari ildə qlobal neft tələbatının sutkada 100,4 milyon barrelə yüksələcəyi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, 2019-ci ildə qlobal neft tələbatı 1 milyon 300 min barrel artaraq sutkalıq orta hesabla 100 milyon 400 min barrel təşkil edəcək.

EIA-a görə, bu il neftə olan gündəlik tələbatda 35 milyon 500 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 200 min barrellə Amerika qitəsi və 15 milyon 100 min barrel ilə Avropa qərarlaşacaq.