Apreldə qlobal neft təklifi azalıb

Apreldə qlobal neft təklifi azalıbQlobal neft təklifi apreldə mart ayı ilə müqayisədə orta hesabla 300 min barrel azalaraq gündəlik 99 milyon 330 min barrelə düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Hesabata görə, ötən ay Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrdə isə hasilat 370 min barrel geriləyərək sutkada 63 milyon 550 min barrel olub.