Bakının iaşə dövriyyəsi 4,1 faiz artıb

Bakının iaşə dövriyyəsi 4,1 faiz artıbYanvar-aprel aylarında paytaxtın iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,1 faiz artaraq 283,2 milyon manat olub.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, dövriyyənin 43,8 faizi hüquqi şəxs statuslu müəssisələrin, 56,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə keçən ilin yanvar-aprel aylarına nisbətən 11,4 faiz azalaraq 124,1 milyon manat təşkil edib.