Tallinndən Bakıya aviareys açılacaq

Tallinndən Bakıya aviareys açılacaqİyuldan sentyabradək Estoniyanın paytaxtı Tallinndən Bakıya aviareys fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, həftənin çərşənbə və bazar günləri Tallinndən, bazar ertəsi və cümə axşamı günlərində Bakıdan olacaq uçuşları Latviyanın “airBaltic” şirkəti həyata keçirəcək.

Gediş-dönüş aviabiletinin ilkin olaraq 188 avrodan başlayacağı bildirilir.