Azərbaycanın da təmsil edildiyi Daşkənddə keçirilən Dəmir yolu üzrə Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Müşavirəsinin (DƏTNŞM) 47-ci sessiyası başa çatıb.
AZƏRTAC xəbər verir ki, sessiyada təşkilatın üzv 27 ölkənin nümayəndələri, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib.
Ölkəmizi tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Hüquq idarəsinin rəisi Nicat Quliyev, Maliyyə və iqtisadiyyat idarəsinin rəis müavini Fuad Rəfiyev və Beynəlxalq əlaqələri idarəsinin rəis müavini Fərid Mehdiyev təmsil edib. Sessiyada DƏTNŞM-in 2018-ci il üzrə hesabatı dinlənilib, ötən ilin nəqliyyat siyasəti və inkişaf strategiyası üzrə komissiyasının nəticələri elan olunub, 2020-ci ildə hayata keçiriləcək Tədbirlər Planı təsdiq edilib.
Tədbirdə DƏTNŞM-in Büdcə Komitəsinin 2019-2020-ci illər üçün planı, Müşavirənin 2021-ci və sonrakı illər üçün Proqramı, birgə layihələrin həyata keçirilməsi, bu sahəyə yeni innovasiya texnologiyalarının cəlb edilməsi, tarif siyasəti, yeni nəqliyyat dəhlizlərinin tətbiqi və bir sıra digər məsələlərə baxılıb, Avropa-Asiya nəqliyyat dəhlizi ilə bağlı sazişdə düzəlişlər olunub.
Sessiyanın yekunu ilə bağlı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində bir neçə sənəd imzalanıb.
Azərbaycan Dəmir yolu üzrə Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Müşavirəsinin sessiyasında təmsil olunub
sosial sebeke

















