KOBİA “Gənclər üçün əmək yarmarkası–2019”da təmsil edilir

KOBİA “Gənclər üçün əmək yarmarkası–2019”da təmsil edilirKiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərmək məqsədilə təşkil olunmuş “Gənclər üçün əmək yarmarkası–2019”da təmsil olunur.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Gənclər və İdman, Təhsil nazirliklərinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə keçirilən əmək yarmarkasında ali məktəblərdə təhsil alan gənclər, magistr və məzunlar təklif olunan müxtəlif iş yerlərinə və təcrübə proqramlarına müraciət ediblər.

Agentliyin İnsan kapitalının idarəedilməsi departamentinin əməkdaşları tərəfindən agentlikdə karyera imkanları, işə qəbul, təcrübə və könüllülük proqramları barədə tələbə, magistr və məzunlara geniş məlumat verilib.