ƏYALƏTDƏN BAKIYA BAŞÇI GƏTİRİLİR... - GÖZLƏNTİ

ƏYALƏTDƏN BAKIYA BAŞÇI GƏTİRİLİR... - GÖZLƏNTİ
Bu günlərdə bir neçə rayonun icra hakimiyyəti başçısının tutuduqları vəzifələrindən alınacağı haqda informasiya yaymışdıq. Danışan məlumatlı mənbə iddia edir ki, yaxın vaxtlarda daha 3 rayonun rəhbərinin dəyişdirilməsi gözlənilir.

Mənbə həmin rayonların adlarını DİA.AZ-a açıqlayıb. Onlar aşağıdakılardır:

1. Sabunçu rayonu;
2. Daşkəsən rayonu;
3. Pirallahı rayonu.

Mənbə açıqlamasında bildirir ki, hazırda Daşkəsən rayonuna rəhbərlik edən və kurasiya baxımından Bəylər Əyyubova yaxınlığı ilə seçilən Əhəd Abıyevin təkrarən etimada layiq görəcəyi gözlənilir.

Mənbə bildirir: "Əhəd Abıyev Xətai rayonuna gətirilə bilər". Qeyd edək ki, ötən ildən Xətai rayonun rəhbəri postu təyinatsız qalıb və Əhəd Abıyev uzun illərdir ki, Xətaiyə başçı gələ bilməsi üçün çaba göstərir.