Ermənistan Nazirlər Kabinetinin binasında yanğın - FHN məlumat yaydı

Ermənistan Nazirlər Kabinetinin binasında yanğın - FHN məlumat yaydıErmənistan Nazirlər Kabinetinin binasında yanğın baş verib.

Kainat.tv news.am saytına istinadən xəbər verir ki, bu haqda Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Yanğın bu gün səhər saatlarında baş verib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər 2 saat ərzində yanğını söndürüb. Qəbul otaqlarından birində mebel yandığı, zərərçənlərin olmadığı deyilir.

Hadisənin səbəbi araşdırılır.