Fazil Məmmədovun iki şirkəti ləğv olundu

Fazil Məmmədovun iki şirkəti ləğv olundu
“Synergy Group” MMC-yə daxil olan şirkətlərdən ikisi ləğv olunur.

“Vergilər” qəzetinin xəbərinə görə, "Synergy Hospıtalıty" və "Synergy Tradıng" MMC-lər ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, ev 55 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, hər birinin nizamnamə kapitalı 500 manat olmaqla "Synergy Hospıtalıty" 2015-ci il mayın 25-də, qanuni təmsilçisi Cəmil Rzayev olan "Synergy Tradıng" MMC isə həmin ilin iyunun 18-də dövlət qeydiyyatına alınıb.