2022-ci ilin ikinci yarısından Azərbaycanda inflyasiya azalmağa doğru gedəcək – Mərkəzi Bank

2022-ci ilin ikinci yarısından Azərbaycanda inflyasiya azalmağa doğru gedəcək – Mərkəzi Bank

Bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib

2022-ci ilin ikinci yarısından Azərbaycanda inflyasiya azalmağa doğru gedəcək.

Ictimaixeber.com xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, hazırda Mərkəzi Bankda ölkəmizdə inflyasiyanın azaldılması üzrə mərhələli işlər aparılır və qurum hazırda beynəlxalq təşkilatların inflyasiya proqnozunu azaldacağına ümid edir.

Xatırladaq ki, 2021-ci ilin yekunlarına əsasən, Azərbaycanda inflyasiya 6,75 faiz təşkil edib, 2022-ci ildə bu göstəricinin 6,6-7,5 faiz ətrafında olması proqnozlaşdırılır.