Azərbaycanda siqaret bahalaşdı

Azərbaycanda siqaret bahalaşdı

Azərbaycanda siqaretlərin qiyməti bahalaşıb.

Ictimaixeber.com-un məlumatına görə, bir çox mağaza və supermarketlər siqaretlərin qiymətini bahalaşdırıb.

Bu barədə Bakıdakı mağazaların satıcıları məlumat verib.

Satıcılar bildirib ki, bu gün səhərdən markasından asılı olmayaraq hər bir siqaret 10 qəpik bahalaşıb. Bəzi siqaretlər isə 20 qəpik bahalaşıb.

Verilən məlumatlara əsasən, “Kent-4” 10 qəpik bahalaşaraq, 3.80-dən 3.90-a, “Winston” 3.70-dən 3.80, "Pall Mall" 2.70-dən 2.80 qəpiyə qalxıb.