Azərbaycanın xarici dövlət borcu AÇIQLANDI

Azərbaycanın xarici dövlət borcu AÇIQLANDI

Bu il aprelin 1-nə Azərbaycanın birbaşa xarici dövlət borcunun məbləği 6 679,7 milyon ABŞ dolları təşkil edib.

"Ictimaixeber.com" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.


Məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 13,5 milyon dollar və yaxud 0,2 % azdır.

Rəqəmlər xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsait istifadələri üzrə təqdim edilmiş məlumatlara əsasən açıqlanıb.