Deputat Nəsiminin qəzəlinə mahnı ifa edənləri qınadı - Qənirə Paşayevadan SƏRT SÖZLƏR (VİDEO)

Deputat Nəsiminin qəzəlinə mahnı ifa edənləri qınadı - Qənirə Paşayevadan SƏRT SÖZLƏR (VİDEO)
Qənirə Paşayeva Azərbaycan musiqisini bayağı hala salanları qınayıb.

Bu gün Aybəniz Haşımovanın hesabat konsertinə qatılan millət vəkili Qənirə Paşayeva musiqimizi bayağı hala salanlara da öz sözünü deyib:

"Bu gün Azərbaycanın böyük ustad və şairlərinin bayağı şəkildə təqdim edənləri qınayırıq. Azərbaycanın tarixi, ədəbiyyatı və mədəniyyəti ilə bu cür davranmaq olmaz".

Qeyd edək ki, bir müddət əvvəl Afət Fərmanqızı Nəsiminin "Sığmazam" qəzəlinə mahnı ifa etmişdi. Bu da dinləyicilər tərəfindən birmənalı qarşılanmamışdı. (azxeber.com)