Sahibkarlar Bişkekdə keçirilən biznes foruma dəvət olunurlar

Sahibkarlar Bişkekdə keçirilən biznes foruma dəvət olunurlarÖlkəmizdə fəaliyyət göstərən sahibkarlar Bişkekdə keçirilən biznes foruma dəvət edilirlər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan AZƏRTAC-a bildirilib ki, mayın 17-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) "Əməkdaşlıq çərçivəsini genişləndirərək" mövzusunda biznes forumu keçiriləcək. Tədbirin məqsədi ŞƏT çərçivəsində iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi, biznes əlaqələrinin, ticarətin və ixracın inkişaf etdirilməsi, yeni investisiyaların cəlb edilməsi və əlaqədar layihələrin reallaşdırılması ilə bağlı müzakirələrin və fikir mübadiləsinin aparılmasından ibarətdir.