Minlərlə insan şəhid Xudayarı ziyarətə axışdı - Bu gün ad günüdür

44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan - döyüş meydanlarında oxuduğu mahnılarla milyonların ürəyində dastana çevrilən Xudayar Yusifzadənən doğum günüdür.

ictimaixeber.com Trend-ə istinadən bildirir ki, bu gün minlərlə insan Bərdə rayonundakı Şəhidlər Xiyabanında Xudayarın qəbrini ziyarət ediblər. Şəhidin ailə üzvləri, yaxınları, qohumları, dostları, döyüş yoldaşları, həmçinin Bərdə və ətraf rayonlardan olan insanlar xiyabana axışıb.

Xudayarın ruhuna dualar oxunub, məzarı üstünə gül dəstələri qoyulub. Sonra insanlar şəhidin evini ziyarət edib, ailə üzvləri ilə görüşüblər.