Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizə rəsmi səfərə gəlib

Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ölkəmizə rəsmi səfərə gəlibAzərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun dəvətilə mayın 5-də Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

AZƏRTAC-a bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.