“Anatolian Phoenix-2019” təlimlərinin başlaması ilə bağlı brifinq keçirilib

“Anatolian Phoenix-2019” təlimlərinin başlaması ilə bağlı brifinq keçirilibTürkiyədə “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərinin başlaması ilə bağlı brifinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, brifinqdə təlimin məqsədi, ekipajların vəzifələri, qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı təlimatlar şəxsi heyətə çatdırılıb.

Mayın 24-dək davam edəcək hərbi təlimlərə Azərbaycan Hərbi Hava Qüvvələrinin iki “Mi-35” və iki “Mi-17” helikopteri cəlb olunub.