Ankarada TÜRKPA-nın komissiya iclası keçirilir

Ankarada TÜRKPA-nın komissiya iclası keçirilirAnkarada Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Sosial, mədəni və humanitar məsələlər komissiyasının 7-ci iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı Milli Məclisin deputatı Sevinc Hüseynova təmsil edir.

İclasda “BMT-nin Dayanıqlı İnkişaf Hədəfləri çərçivəsində gender məsələləri. TÜRKPA-ya üzv ölkələrdə müasir ailələrin mədəni kimliyi” mövzusunda hesabat dinləniləcək, tövsiyə qərarı qəbul ediləcək, komissiyanın 8-ci iclasının yeri, vaxtı, və s. məsələlər müzakirə olunacaq.

İclasdan sonra iştirakçı heyətlər TÜRKPA-nın 10 illik yubileyi münasibətilə Türkiyə Böyük Millət Məclisində təşkil olunan fotosərgiyə baxacaq, TÜRKPA-nın 10-cu ildönümü medallarının təqdim edilməsi mərasimlərinə qatılacaqlar.