Naxçıvanda Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib

sosial sebeke

Naxçıvanda Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilibİyunun 10-da Naxçıvanda Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə türkiyəli nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsi önünə əklil qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.

Sonra H.Akar Mustafa Kamal Atatürkün xatirəsini yad edib, büstü önünə əklil qoyub.

Türkiyənin nümayəndə heyəti Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri qoyub.

Türkiyə Respublikasının milli müdafiə nazirinin Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargah binasının qarşısında rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyənin milli müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Türkiyənin milli müdafiə naziri “Xatirə kitabı”nı da imzalayıb.

SON XƏBƏRLƏR