“Ölkəni Rusiyaya birləşdirməyə hazıram” - Lukaşenkodan sensasiya

“Ölkəni Rusiyaya birləşdirməyə hazıram” - Lukaşenkodan sensasiyaBelarus Prezidenti Aleksandr Lukaşenko ölkəsini Rusiyaya birləşdirməyə hazır olduğunu bildirib.

Eurasia Diary teleqraf.com-a istinadən xəbər verir ki, Belarus rəhbəri bu barədə Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra mətbuat konfransında danışıb.

Putini göstərərək “İkimiz sabah birləşə bilərik, problem deyil” söyləyən Lukaşenko vurğulayıb: “Bəs siz – ruslar və belaruslar buna hazırsınız? İki dövlət və onun xalqları güclərimizi birləşdirməyə hazırıq”.