Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səttar Möhbalıyev deyib.
O bildirib ki, həmin söyüşlər, təhqirlər onların özlərinə və ailələrinə aiddir:
"Ölkə Prezidenti xeyli işlər görüb, hər il yüz minlərlə iş yerləri yaradılır. Gərək biz həmin şəxslərin cavablarını verək, görülən işlərin təbliğatını aparaq. Bəlkə kor gözləri ilə görsünlər ki, ölkəmiz necə sürətlə inkişaf edir. Biz ölkə rəhbərliyinin apardığı siyasəti dəstəkləyirik”.


















