Zəngəzur dəhlizi məsələsində konkret nəticə yoxdur. Ermənistan müxtəlif bəhanələrlə bu məsələni uzatmağa davam edir
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, bölgədə kommunikasiya baxımından ən məhdud imkanlara sahib ölkə Ermənistandır.
"Bu səbəbdən Zəngəzur dəhlizinin reallaşması digər bölgə ölkələri qədər Ermənistan üçün də önəmlidir", - deyə C. Bayramov vurğulayıb.