İran Azərbaycanla münasibətlərin pisləşməsinin səbəbini AÇIQLADI

İran Azərbaycanla münasibətlərin pisləşməsinin səbəbini AÇIQLADI

İran İslam Respublikası ilə Azərbaycan arasında münasibətlərin korlanmasında günahkar İsraildir.

'Ictimaixeber.com" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bu gün Tehranda keçirdiyi mətbuat konfransında bildirib.


"İran və Azərbaycanın düşmənləri var. Onlardan biri xüsusən də sionist administrasiyasıdır. O istəyir ki, ölkələrimiz və xalqlarımız arasında normal münasibətlər olmasın", - deyə Kənani bildirib.

XİN rəsmisinin sözlərinə görə, İranın istəyi qarşılıqlı maraq və hörmətə əsaslanan dostluq münasibətləri qurmaqdır: "Bəzi insanlar iki ölkə arasındakı fikir ayrılıqlarından istifadə etmək istəyir. Ona görə də biz diplomatik təşəbbüslərlə bu fikir ayrılıqlarını aradan qaldırmağa çalışır, bu məqsədlə siyasi və diplomatik addımlar atırıq".