Ermənistan hərbçiləri Xankəndidə nə gəzir?

Ermənistan hərbçiləri Xankəndidə nə gəzir?

Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndində Ermənistan hərbçilərinin olmaması barədə iddia edib.

Paşinyan tamamilə yalan danışır. Bu günə kimi ölmüş 2 hərbçinin Ermənistan vətəndaşı olmamasına dair heç bir sübut ortaya qoya bilməyiblər.

Ermənistan ildə 300 milyon dollara yaxın Qarabağdakı separatçılara pul ayırır. Bu vəsaitin bir qismi onların silahlarla təchizatına yönəldilir. Amma eyni zamanda, Ermənistan hərbçiləri də orada xidmət keçirlər və onların Azərbaycan ərazisində mövcudluğu var.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi ekspert Turab Rzayev bildirib ki, Xankəndində Ermənistan hərbçilərinin olmamasını Azərbaycan tərəfi qəbul edə bilməz. Çünki bu bəyanat həqiqətin təhrif olunmasından ibarətdir. Faktiki olaraq Ermənistan tərəfi siyasi oyunbazlıqla məşğuldur.