Xeberle.com xəbər verir ki, bu sözləri 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında çıxışı zamanı Sumqayıt şəhər prokuroru Sərdar İmanov deyib.
Şəhər prokurorunun sözlərinə görə, hesabat dövründə şəhər prokurorluğuna 1300 müraciət daxil olub, həmin müraciətlərdən 162 –si təmin olunub, 438-i qəbul edilərək icra olunması üçün baxılıb: "Görülən işlər çox olsa da fəaliyyətimizdə müsbət nəticələr olsa da, işimizdə hələ də nöqsanlar var. ilk növbədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan işlər günün tələblərinə cavab vermir".


















