Ramazan ayının orucunu bütün ibadətlərdən fərqləndirən TƏK SƏBƏB

Nəyə görə Ramazanın, oruc tutmağın qida ilə bağlı hissəsi daha çox ön plana çıxır?
Ictimaixeber.com Ictimaixeber.com-a istinadən xəbər verir ki, bu suala ilahiyyatçı hacı Şahin Həsənli ətraflı cavab verib.

İlahiyyatçı Ramazan orucunu digər ibadətlərdən fərqləndirən tək xüsusiyyətini də qeyd edib:

"İnsanlar bəzən Ramazan ayının dərin fəlsəfəsini araşdırmağa maraqlı görünmürlər. Ramazan ayının orucunu sırf ac, susuz qalmaqdan ibarət hesab edirlər. Hədislərdə də var ki, "Bir çox insanların əldə etdikləri aclıq və susuzluq olar". Yəni, oruc sırf ac qalmaq, susuz qalmaqdan ibarət deyil. Qurani Kərimdə də oruc ayəsində qeyd olunur ki, "Siz pəhrizkarlardan olun". "Pəhriz" burada təkcə yemək pəhrizi nəzərdə tutulmur. Yəni insanda ona ziyanlı, mənəviyyatına zərbə vuran əməllərdən çəkinmə qabiliyyəti yaranmalıdır. İnsan təkcə onun cisminə ziyan vuran əməllərdən yox, onun ruhuna, mənəviyyatına ziyan vuran əməllərdən uzaqlaşması da "pəhrizkarlıq" hesab olunur.
Ona görə də Ramazan ayının orucu bütün ibadətlərdən bir şeylə fərqlənir. Digər ibadətlərdə "elə", "et" əmri var. Amma oruc yeganə ibadətdir ki, orada bütün əmrlər "etmə", yəni tərk etməkdən ibarətdir. Oruc başdan ayağa imtinadır. İnsan könüllü şəkildə müəyyən şeylərdən imtina edə bilirsə, bu, insanda tamahkarlıq xüsusiyyətinin zəifləməsinə gətirib çıxarır".