Dünyanın ən hündür binası üzərində Azərbaycan bayrağı əks olunub

Dünyanın ən hündür binası üzərində Azərbaycan bayrağı əks olunub28 May - Respublika Günü münasibətilə Dubayda Birləşmiş Ərəb Əmirliklərinin rəmzi hesab olunan dünyanın ən hündür qülləsi məşhur Bürc Xəlifənin üzərində Azərbaycan dövlət bayrağı əks olunub.

AZƏRTAC xəbər verir ki, Bürc Xəlifənun üzərində ölkəmizin bayrağının əks olunması Azərbaycanın Dubaydakı Baş Konsulluğunun təşəbbüsü ilə reallaşıb.