Ötən 5 ildə Azərbaycanda insan alveri və məcburi əmək cinayəti üzrə 169 şəхs məhkəmə məsuliyyətinə cəlb olunub

Ötən 5 ildə Azərbaycanda insan alveri və məcburi əmək cinayəti üzrə 169 şəхs məhkəmə məsuliyyətinə cəlb olunubÖtən 5 ildə Azərbaycanda qeydə alınmış 755 insan alveri və məcburi əmək cinayəti üzrə 169 şəхs məhkəmə məsuliyyətinə cəlb olunub.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda “Diplomatik missiyaların insan alverinə qarşı mübarizə sahəsində rolu” mövzusunda keçirilən seminarda çıxışı zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov deyib.

H.Heydərov bildirib ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə beynəlxalq cinayətkar şəbəkənin Azərbaycanda fəaliyyət göstərməsinin qarşısı alınıb , 2 mütəşəkkil dəstə, 58 cinayətkar qrup zərərsizləşdirilib. Müəyyən edilmiş 356 qurbandan 310-dan çoxu təhlükəsiz sığınacağa yerləşdirilib və hər birinə birdəfəlik müavinət, 280 qurbana isə Kömək Fondundan yardımlar verilib.