Azərbaycanın Misirdəki diasporunun rəhbəri mükafatlandırılıb

Azərbaycanın Misirdəki diasporunun rəhbəri mükafatlandırılıb“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov bu ölkədəki Özbəkistan diasporuna verdiyi böyük dəstəyə, xalqlarımız arasında əlaqələrin genişlənməsinə və təhsil sahəsindəki fəaliyyətinə görə Özbəkistanın Misirdəki səfirliyi tərəfindən mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, S.Nəsirov 16 ildir Misirdə təhsil alan xarici tələbələrə rəhbərlik edir. Hazırda o, Misirdə təhsil alan 50-dən çox ölkənin mindən artıq tələbəsinə rəhbərlik edir. Həmçinin iyirmi ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır və Qahirə Universitetində Azərbaycan dilini tədris edir. Onun rəhbərlik etdiyi tələbələr arasında Özbəkistandan da tələbələr var. Seymur Nəsirov bu yolla Azərbaycanı bütün dünyada təbliğ etməyə çalışır.