AQTA ilə “Caspian European Club” arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

AQTA ilə “Caspian European Club” arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilibAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “Caspian European Club” təmsilçiləri ilə görüş keçirilib. AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, görüşdə agentliyin sədr müavini Rüfət Rüstəmzadə tədbir iştirakçılarını qurumun fəaliyyət istiqamətləri və qarşıya qoyulan vəzifələr barədə məlumatlandırıb. O, bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı gündən etibarən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Görüşdə “Caspia European Club”ın sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev səmimi görüşə görə təşəkkür edib, təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Görüş çərçivəsində tərəflər arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparılıb.