Qobustan Dövlət Qoruğunda baş vermiş yanğın söndürülüb

Qobustan Dövlət Qoruğunda baş vermiş yanğın söndürülübBakı şəhərinin Qaradağ rayonundakı Qobustan Dövlət Qoruğu ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin iki helikopteri cəlb edilməklə Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq canlı qüvvə və texnikası tərəfindən saat 18:55-də söndürülüb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində 10 hektar sahədə quru ot və kol-kos yanıb.