Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

sosial sebeke

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıbEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, iyunun 29-da axşam saat 17:00-21:00 radələrində Ağstafa, Naxçıvan, Gədəbəy, Naftalan, Tərtər, Yevlax, Şəmkir, Daşkəsən, Gəncə, Mingəçevirdə yağış yağıb, şimşək çaxıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, Şəmkir, Gəncə, Şərur, Bərdə, Tərtər, Yevlax, Daşkəsən, Mingəçevir, Naftalan, Ağdam, Göyçay rayonlarında qərb küləyi əsib, sürəti saniyədə 17-23 metrə çatıb, bəzi yerlərdə arabir 28-32 metrədək güclənib.

SON XƏBƏRLƏR