Sumqayıtda kanalizasiya qapaqları yoxa çıxdı

sosial sebeke

Sumqayıtda kanalizasiya qapaqları yoxa çıxdı
Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.
Xeberle.com-un məlumatına görə, şəhərin Azərbaycan prospektində avtomobil yolunda olan kanalizasiya qapaqlarının bəziləri yoxa çıxıb.
Araşdırma zamanı məlum olub ki, sözügedən kanalizasiya qapaqları naməlum şəxslər tərəfindən oğurlanıb.
Sumqayıt şəhər İcra Hakimiyyətindən Xeberle.com-a verilən məlumata görə, yaxın zamanlarda oğurlanmış kanalizasiya qapaqlarının əvəzinə yeniləri qoyulacaq.

SON XƏBƏRLƏR