Yeni nazirdən "Omikron" açıqlaması

Yeni nazirdən "Omikron" açıqlaması

Azərbaycanda koronavirusun "Omikron" ştamı ilə bağlı son vəziyyət açıqlanıb.

Ictimaixeber.com xəbərinə görə, Səhiyyə naziri Teymur Musayev deyib ki, dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da "Omikron" ştamına yoluxmalar artır.

Eyni zamanda nazir ölkədə karantin rejiminin sərtləşdirilməsinə ehtiyac olub-olmaması ilə bağlı sualı da cavablandırıb.

"Karantin rejiminin sərtləşdirilməsinə hələlik ehtiyac yoxdur", - o vurğulayıb.