“Qalmaqala getsəm, gözəlliyim qalmaz”

“Qalmaqala getsəm, gözəlliyim qalmaz”
Xalq artisti Məleykə Əsədova "Show news" verilişinə açıqlama verib.

kainat.tv axşam.az-a istinadən xəbər verir ki, o, qalmaqallardan uzaq gəzdiyini bildirib.

"Mənfi sözləri eşitmək istəmirəm, dedi-qoduya, qalmaqala getsəm, gözəlliyim qalmaz. İndi sosial şəbəkə ilə asan məşhurlaşırlar. Ancaq bu, qalıcı şöhrət deyil, sənət sənətdir, sənətkar sənətkardır. Sənətimlə 30 ildir gündəmdəyəm. Bugünədək alqışlar və sevgi mənimlədir", - Əsədova söyləyib.