"Qızıl Palma" mükafatı alan film haqda dəhşətli iddialar

"Qızıl Palma" mükafatı alan film haqda dəhşətli iddialar2013-cü ildə Kan Film Festivalında "Qızıl Palma" mükafatına layiq görülən "Mavi ən isti rəngdir" filminin çəkiliş meydançasında baş rolda oynayan iki aktrisanın 10 gün çılpaq gəzdirildiyi və rejissor tərəfindən təcavüzə məruz qaldığı iddia edilib.

Ictimaixeber.com xarici mətbuata istinadən xəbər verir ki, iki qadının sevgisindən bəhs edən filmdə 7 dəqiqəlik cinsi münasibət səhnəsi var. Bu səhnələrdə rejissor Əbdüllətif Keçiçe aktrisalar Leu Seydu və Adel Ekzarkopulosa təcavüz edib.

O, aktrisalara 10 saatdan artıq erotik səhnə çəkdirib və onların bədənlərinin müxtəlif nahiyələrinə toxunub. Adel etiraz etdikdə isə onu yumruqlayıb.

Keçiçe bu iddiaları qəbul etməyib və hər iki aktrisanın qırmızı xalçada xoşbəxt göründüklərini deyib.