Milli Kitabxanada sərgi - “Qarabağın tacı Şuşa”

Milli Kitabxanada sərgi - “Qarabağın tacı Şuşa”Mayın 8-də Azərbaycan Milli Kitabxanasında Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 27-ci ildönümünə həsr olunmuş “Qarabağın tacı Şuşa” adlı geniş kitab sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə Qarabağın, Şuşa şəhərinin tarixi, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitab və dövri mətbuat materialları nümayiş olunub.

Ziyarətçilərə məlumat verilib ki, Şuşanın işğalı zamanı 195 dinc sakin şəhid olub, 165 nəfər yaralanıb. Ermənilər tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılan 114 azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilib. Şəhərin 58 sakini itkin düşüb. Şuşanın işğalına qədər şəhərdə 170 memarlıq, 160 qədim sənət abidəsi olub və bunların hamısı məhv edilib.

Sərgi bir həftə davam edəcək.